AZ

Cənubi Qafqazda yeni gərginlik dalğası: İrəvana xəbərdarlıq edildi

Ermənistanın “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan Avropa Siyasi Birliyinin sammiti ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Musavat.com xəbər verir ki, onun bu açıqlaması regionda baş verən proseslər fonunda xüsusi maraq doğurub.

Qeyd olunur ki, artıq revanşist qüvvələr – xüsusilə Kremlə bağlı revanşist dairələr – Ermənistanda mümkün xaos və qarşıdurma ssenarisinin siqnalını verirlər. İddialara görə, sammit çərçivəsində Avropa ölkələri rəhbərlərinin İrəvana səfəri də bu kontekstdə təqdim olunur və gələcəkdə ölkə daxilində gərginliyin artacağına işarə kimi göstərilir.

Eyni yanaşmada vurğulanır ki, Kremlə sadiq fiqur kimi təqdim olunan Karapetyanın bu açıqlaması Cənubi Qafqazda proseslərin yeni mərhələyə keçə biləcəyindən xəbər verir. Bu cür inkişafların Ermənistanın yenidən daxili böhran və qarşıdurma mühitinə sürüklənməsi ilə nəticələnə biləcəyi bildirilir.

Həmçinin qeyd edilir ki, bu proseslər Rusiyanın regional maraqları ilə ziddiyyət təşkil edən tendensiyaların açıq şəkildə ortaya qoyulması kimi qiymətləndirilir və artıq bununla bağlı müəyyən siqnalların verildiyi vurğulanır.

 

Musavat.com

Seçilən
38
40
musavat.com

10Mənbələr