Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ermənistanın baş naziri Nikol Paşinyan və Ukrayna prezidenti Volodimir Zelenski barədə kəskin ifadələr işlədib.
Musavat.com xəbər verir ki, Medvedev bildirib: “Bu gün İrəvanda rus dilində yaxşı danışan iki beyinsiz rusofob öz qüsurları səbəbindən pis ingiliscə söhbət edirdi. Çox güman ki, bu, kameralar üçün idi, sonra isə yenə alışdıqları dildə – rusca danışmağa davam etdilər”.
O, istehza ilə əlavə edib ki, bu görüşdə yalnız Donald Tramp və Cey Di Vens çatışımırdı ki, savadsızlara ingilis dilindən imtahan götürsünlər.
Musavat.com