
Abşeron rayonu ərazisində azyaşlı uşaq tapılıb. Bu gün AR DİN-in Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən Goradil qəbirstanlığı ərazisində, Fatimeyi Zəhra məscidinin yaxınlığında yatmış vəziyyətdə uşaq aşkarlanıb.
Məlumata görə, uşaq özünü və valideynlərini tanıda bilmir. Hazırda hüquq-mühafizə orqanları tərəfindən onun şəxsiyyətinin və valideynlərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Uşağı tanıyan və ya onunla bağlı hər hansı məlumata malik olan şəxslərdən polis orqanlarına müraciət etmələri xahiş olunur.
Məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə yayıb
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta