AZ

“Ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil edib”

Azərbaycanla İtaliya arasında siyasi əlaqələrlə yanaşı, ticarət əlaqələri də yüksək səviyyədədir – İtaliya Azərbaycanın 1 nömrəli xarici ticarət tərəfdaşıdır.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə prezident İlham Əliyev İtaliyanın baş naziri Ciorcia Meloninin Bakıyə səfəri zamanı görüşlərdən sonra mətbuata açıqlamasında bildirib.

«Bildiyiniz kimi, bizim siyasi əlaqələrimiz ən yüksək səviyyədədir. Eyni zamanda, ticarət əlaqələrimiz də çox yaxşı vəziyyətdədir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir».

Prezident qeyd edib ki, iki ölkə arasındakı ticarətin böyük hissəsi energetika sahəsinə, yəni neft-qaz satışına aiddir. Yəni Azərbaycan İtaliyaya ən çox neft-qaz satan ölkələrdən biridir, ölkədən xaricə satılan qazın 3-də biri məhz İtaliyaya göndərilir: «Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur».

Xatırladaq ki, ABŞ və İsrailin İrana hücumu səbəbindən başlayan müharibə və bunun nəticəsində Körfəz ölkələrindən neft-qaz icracında yaranan problemlər bir sıra ölkələrə mənfi təsir edib, bunlardan biri də İtaliyadır. Buna görə də İtaliya baş nazirinin Bakı səfərində Azərbaycandan alınan qazın həcminin artırılması üçün danışıqların aparılacağı gözlənilirdi. Prezident belə danışıqların aparıldığını təsdiqləyib: «Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu (İtaliyaya satılan qazın – FED.az) həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir».

Seçilən
16
fed.az

1Mənbələr