Bizim ölkələrimiz strateji tərəfdaşlardır. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır.
İctimai Rəy xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Corciya Meloni ilə mətbuata bəyanatında söyləyib.
“Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərinməzmunlu olmasından xəbər verir”, – deyə dövlətimizin başçısı vurğulayıb.