AZ

BƏƏ raket və PUA hücumuna məruz qalıb

Qahirə, 4 may, AZƏRTAC

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) raket hücumuna məruz qalıb. İrandan atıldığı bildirilən 4 qanadlı raketin üçü səmada zərərsizləşdirilib, biri isə dənizə düşüb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan başqa, Fuzeyrada “Fauz” neft sənayesi rayonunda PUA hücumu nəticəsində yanğın baş verib. Mülki Müdafiə Qüvvələri yanğının söndürülməsinə başlayıblar.

Eyni zamanda, gün ərzində BƏƏ-nin ADNOC şirkətinə məxsus neft tankeri Hörmüz boğazından keçərkən iki PUA ilə hədəfə alınıb.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Seçilən
20
3
azertag.az

5Mənbələr