Sabirabad rayonunun Poladtuğay kəndində Kür çayının daşması nəticəsində meşə ilə yanaşı, əkin sahələri və nar bağları su altında qalıb.
Publika.az Report-a istinadən xəbər verir ki, çay öz məcrasından çıxaraq kənd ərazisində yerləşən Tuğay meşələrinə, eləcə də əkin və bağ sahələrinə yayılıb.
Kənd sakinləri bildiriblər ki, xüsusilə yonca sahələri və nar bağları ciddi zərər görüb. Ərazilərdə suyun səviyyəsi bəzi yerlərdə 2-3 metrə qədər yüksəlib. Ötən ilin payız mövsümündə 11 hektar sahədə əkilmiş palıd tinglərinin də su altında qalaraq məhv olduğu qeyd olunur.
Subasma təhlükəsini nəzərə alan bəzi sakinlər məhsulu itirməmək üçün qabaqlayıcı tədbirlər görməyə başlayıblar. Belə ki, yonca sahələrində biçin işlərinə start verilib, yığılan məhsul texnikanın köməyi ilə daha təhlükəsiz ərazilərə daşınır.