AZ

Azərbaycan idmançıları Almaniyada beynəlxalq turnirdə 3 medal qazandılar

Azərbaycan idmançıları Almaniyada keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, Azərbaycan təmsilçiləri Münxen şəhərində təşkil olunan “Bimba Open 2026” kapoeyra üzrə Avropa turnirində bir neçə medal qazanıblar.

Yeniyetmə qızların yarışında Mehriban Hacıbabayeva bütün rəqiblərini geridə qoyaraq qızıl medala sahib çıxıb.

Gənclər arasında mübarizə aparan Raul Hüseynov də uğurlu çıxışı ilə seçilərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Digər təmsilçimiz Rəsul Muradlı isə yeniyetmə oğlanlar arasında bürünc medal qazanıb.

Qeyd edək ki, bu nəticələr Azərbaycan idmançılarının beynəlxalq arenada artan uğurlarının növbəti göstəricisi kimi qiymətləndirilir.

Seçilən
27
90deqiqe.az

1Mənbələr