İran ordusu Hörmüz boğazından keçməyə çalışan ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə xəbərdarlıq atəşi açıb.
AZƏRTAC xəbər verir ki, İran dövlət televiziyası bu barədə İran Silahlı Qüvvələrinə istinadla məlumat yayıb. “İlkin xəbərdarlığa məhəl qoymayan ABŞ esmineslərinin yaxınlığına qanadlı raketlərlə xəbərdarlıq atəşi açılıb və dronlar buraxılıb”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bir müddət öncə “Fars” xəbər agentliyi İran Silahlı Qüvvələrinin xəbərdarlığa məhəl qoymadan Hörmüz boğazını keçməyə cəhd edən Amerika gəmisinə atəş açıldığı barədə məlumat yaymışdı.