AFFA Apellyasiya Arbitraj Tribunalı "Neftçi" klubunun bir şikayətini təmin etməyib.
Publika.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
AFFA İntizam Komitəsinin martın 11-də azarkeşlərin təhqiramiz ifadələr səsləndirməsinə görə klubu cərimələməsi barədə qərarı qüvvədə saxlanılıb. Fanatlar Misli Premyer Liqasında "Turan Tovuz"la görüşdə hakimləri təhqir etdiyi üçün "ağ-qaralar" 8 000 manat ziyana düşüb.
Bundan əlavə, Bakı təmsilçisinin daha bir şikayətinə baxılması təxirə salınıb. Komanda tərəfləri təhqiredici pankart açdığına görə klub 15 000 manat cərimə edilmişdi.