Nazirlər Kabineti trasın (yolun) razılaşdırılması ilə bağlı rəyi tələb olunan orqanların siyahısını müəyyən edib.
Musavat.com xəbər verir ki, bu, qurumun təsdiqlədiyi "İstilik enerjisindən istifadə Qaydaları"nda öz əksini tapıb.
Qaydalara əsasən, həmin qurumlar Mədəniyyət Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Turizm Agentliyi (tabeliyindəki qoruqların və abidələrin mühafizə zonalarının ərazisinə münasibətdə), Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, müvafiq inzibati ərazi vahidi üzrə yerli icra hakimiyyəti orqanı, müvafiq inzibati ərazi vahidi üzrə yerli özünüidarəetmə orqanı, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Neft Şirkəti, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (tabeliyindəki qoruqların və abidələrin mühafizə zonalarının ərazisinə münasibətdə), "Azərişıq" və "Azərenerji" ASC-lər, "Azərbaycan Dəmir Yolları" QSC-dir.