AZ

ABŞ Almaniyanın cənubundakı hərbi bazadan qüvvələrini çıxarılmasınan hazırlaşır

Bavariyada yerləşən mexanikləşdirilmiş briqadanın geri çəkilməsi planlaşdırılır...

ABŞ Almaniyanın cənubunda yerləşən hərbi bazadan öz qüvvələrinin çıxarılması istiqamətində hazırlıq işlərinə başlayıb.

Poliqon xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata əsasən, söhbət Bavariya federal torpağında yerləşən Filsəkk (Vilseck) şəhəri yaxınlığında dislokasiya olunmuş mexanikləşdirilmiş briqadadan gedir. Qeyd olunur ki, həmin briqada əsasən “Stryker” tipli zirehli texnika ilə təchiz edilib və yüksək mobilliyi ilə seçilən döyüş qabiliyyətinə malikdir.

Nəşr bildirir ki, hazırda Almaniyada ümumilikdə təxminən 40 min ABŞ hərbçisi yerləşdirilib. Onların əhəmiyyətli hissəsi – təxminən 26 mini Filsəkk və ona yaxın ərazidə yerləşən Qrafenvör (Grafenwöhr) hərbi poliqonu və bazalarında xidmət edir.

Analitiklərin fikrincə, bu addım ABŞ-ın Avropadakı hərbi mövcudluğunun yenidən qiymətləndirilməsi ilə bağlı ola bilər. Eyni zamanda, qüvvələrin bir hissəsinin digər regionlara yönləndirilməsi və ya struktur dəyişiklikləri ehtimalı da istisna edilmir.

Ekspertlər qeyd edirlər ki, belə bir qərar NATO daxilində qüvvələrin yerləşdirilməsi balansına təsir göstərə və regionda təhlükəsizlik arxitekturasında müəyyən dəyişikliklərə səbəb ola bilər. Bununla yanaşı, Almaniya ərazisində yerləşən ABŞ bazaları uzun illərdir Avropada hərbi əməliyyatların koordinasiyası baxımından strateji əhəmiyyət daşıyır.

Poliqon.info

Seçilən
25
50
poliqon.info

10Mənbələr