AZ

Əhvalınızı yaxşılaşdıracaq kiçik vərdişlər

Yazını böyüt
Yazını kiçilt

Bir çox insan radikal dəyişikliklər etməyə və böyük məqsədlər qoymağa çalışır. Lakin həyat tərzindəki kəskin dəyişikliklər çox vaxt uğursuzluğa səbəb olur. Ən yaxşı yanaşma isə kiçik, lakin faydalı vərdişləri tədricən mənimsəməkdir. Zaman keçdikcə bu vərdişlər sağlamlığınızı və əhvalınızı xeyli yaxşılaşdıracaq.

Hafta.az xəbər verir ki, mütəxəssislər gündəlik həyata asanlıqla daxil edilə bilən kiçik vərdişlərin əhval-ruhiyyənin yaxşılaşdırılmasında mühüm rol oynadığını söyləyirlər.

Belə ki, yeni bir araşdırma, iş, ailə və gündəlik məsuliyyətlər artdıqca bir çox insanın öz ehtiyaclarını arxa plana atdığını ortaya qoyub. 

"Independent" qəzetinin məlumatına görə, Böyük Britaniyada 4000 yetkin arasında aparılan bir sorğuya görə, iştirakçıların dörddə biri son bir ayda ruhi sağlamlıqlarını dəstəkləmək üçün heç bir addım atmadıqlarını bildiriblər.

İnsanların yalnız zehni sağlamlıqları haqqında düşünmələri, həm də konkret addımlar atmaları önəmlidir.

Təbiətdə vaxt keçirinTəbiətdə vaxt keçirmək zehni sağlamlığa müsbət təsir göstərir. Parkda qısa bir gəzinti və ya bağçada oturmaq belə perspektivdə dəyişiklik yarada bilər.

Hərəkət edinFiziki fəaliyyət zehni sağlamlığa güclü təsir göstərir. Marafon qaçmağa ehtiyac yoxdur; rəqs etmək və ya yüngül idman kifayət edə bilər.

Ekranlardan fasilə verinSosial mediada vaxt keçirmək çox vaxt rahatladıcı görünsə də, gərgin və mənfi məzmun zehni yorur. Buna görə də, zaman-zaman ekranlardan fasilə vermək tövsiyə olunur.

Dostlarla planlar qurun - Sosial münasibətlərin gücləndirilməsi zehni sağlamlığı qoruyan vacib elementlərdən biridir. Dostlarla görüş planlaşdırmaq gələcək üçün müsbət bir gözlənti yaradır.

Sakit bir yuxu rejimi qurunYatmazdan bir saat əvvəl ekrandan uzaq durmaq, rahatladıcı fəaliyyətlər etmək və sakit bir mühit yaratmaq zehnin rahatlamasına kömək edir.

Bol su için - Fiziki sağlamlıq və zehni sağlamlıq arasında güclü bir əlaqə var. Kifayət qədər su istehlakı əhval-ruhiyyəni yaxşılaşdırarkən diqqəti və yaddaşı dəstəkləyir.

Minnətdar olduğunuz üç şeyi yazın - Gün ərzində kiçik, lakin müsbət anları qeyd etmək düşüncə tərzini daha müsbət istiqamətə dəyişməyə kömək edir.

Yeni bir bacarıq öyrəninYeni şeylər öyrənmək və özünüzü inkişaf etdirmək zehni sağlamlığa müsbət təsir göstərir. Yeni bir hobbi ilə məşğul olmaq zehni mənfi düşüncələrdən yayındırır.

Seçilən
24
5
hafta.az

6Mənbələr