AZ

Masazırda sürücü dəfələrlə əks yola çıxaraq riskli ötmələr edib - ANBAAN VİDEO

Abşeron rayonunun Masazır qəsəbəsi,  “Qurtuluş 93” yaşayış kompleksində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü kameraya düşüb.


Ekologiya.az bildirir ki,  Avtosfer.az-ın məlumatına görə, hadisə ilə bağlı görüntülər sürücülərdən biri tərəfindən sosial şəbəkədə paylaşılıb. Hadisə mayın 1-də günorta saatlarında İstiqlaliyyət küçəsində qeydə alınıb.

Kadrlardan aydın görünür ki, 99-VN-683 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü bütöv xəttin tələbini pozaraq əks istiqamətli yola çıxır. O, bu təhlükəli manevri bir neçə dəfə təkrarlayır.

Nəticədə qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkətinə real təhlükə yaranır. Sürücü bir müddət sonra yenidən öz hərəkət zolağına qayıtsa da, bu zaman da digər avtomobillər üçün riskli vəziyyət formalaşdırır.

Hadisə şahidinin iddiasına görə, qayda pozan sürücü yol boyu dəfələrlə əks yola çıxaraq qarşısındakı nəqliyyat vasitələrini ötməyə cəhd edib.


Seçilən
9
1
ekologiya.az

2Mənbələr