AZ

WUF13 ilə bağlı Bakıda xüsusi hərəkət zolaqları yaradılır



WUF13 çərçivəsində paytaxtın bir sıra küçə və prospektlərində müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev prospekti - Aerport şosesi, Abbasqulu ağa Bakıxanov, Mehdi Abbasov, Mikayıl Əliyev, Yusif Səfərov və Mikayıl Müşfiq küçələrində müvəqqəti xüsusi hərəkət zolaqları yaradılacaq.

Bu zolaqlar müvafiq yol nişanı quraşdırıldıqdan sonra qüvvədə olacaq.

Yəni nişan olmadığı müddətdə bütün nəqliyyat vasitələri zolaqdan istifadə edə bilər.

ZÜMRÜD

Seçilən
1
17
baki-xeber.com

10Mənbələr