Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Halkın yeni klubu bilindi
Braziliyalı hücumçu Halkın yeni klubu bəlli olub.
QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesablarında məlumat paylaşıb.
Mənbənin bildirdiyinə görə, "Atletiko Mineyro"dan ayrılan 39 yaşlı forvard "Fluminense" ilə razılığa gəlib. Tərəflər arasında mümkün transferin detalları isə hələlik açıqlanmayıb.
Qeyd edək ki, Halk 2021-ci ilin fevralından “Atletiko Mineyro”nun formasını geyinirdi. Onun klubla müqaviləsi 2026-cı ilin sonuna qədər nəzərdə tutulmuşdu.
Təcrübəli futbolçu karyerası ərzində "Zenit" "Porto", "Tokyo Verdy", "Kavasaki Frontale", "Vitóriya" kimi komandalarda çıxış edib. Braziliya millisinin sabiq üzvü cari mövsümdə “Atletiko Mineyro”nun heyətində 22 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.