Bakıda baş vermiş kütləvi davanı törədən şəxslərdən daha ikisi saxlanılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, ötən gün Nəsimi rayonunda baş verən insidentə iştirak edən daha iki nəfər - Seymur Quliyev və Şakir Məmmədov da artıq polis əməkdaşları tərəfindən saxlanılıblar.
Hazırda ərazi üzrə müvafiq polis şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.
12:18
Bakıda baş vermiş kütləvi davanı törədən şəxslərdən biri saxlanılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, iki gün əvvəl Nəsimi rayonunda baş verən insidentin iştirakçılarından biri olan Abasqulu Quliyev artıq polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisənin digər iştirakçılarının da saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, hadisə mayın 2-də Mirəli Qaşqay və Sahib Zeynalov küçələrinin kəsişməsində qeydə alınıb.
"Cebheinfo.az"