Ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq mayın 4-də Fəxri xiyabanı ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Baş katib Martin Çunqonq xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə tər çiçəklər düzüb.