AZ

"Srvena Zvezda"ya məxsus qabonlu "Qarabağ" yolunda?

"Karagümrük"də çıxış edən Şavi Babikanın "Qarabağ"ın transfer siyahısında yer almasına dair xəbərlər yayılıb.

Sosial şəbəkələrdə tirajlanan məlumatlara görə, "köhlən atlar" müqavilə ilə "Srvena Zvezda"ya məxsus olan vingerin xidmətində maraqlıdır.

Bildirilir ki, Ağdam klubu qabonlu sol cinah yarımmüdafiəçi ilə danışıqlara başlayıb. "Qarabağ"ın 25 yaşlı afrikalıya 2+1 illik müqavilə təklif etdiyi iddia olunur.

Qabon millisinin üzvü bunadək Yunanıstanda "Aris" və Fransada "Tuluza"nın da formasını geyinib.

Bizdə olan inofrmasiyaya görə, Şavi "Qarabağ"a təklif edilən legionerlərdən biridir. Sadəcə, bu keçid elə də asan görünmür.

Çünki onun Serbiya təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir. Belqrad klub qabonluya görə 1 milyon avrodan yüksək təzminat tələb eləyir.

SPORTİNFO.AZ

Seçilən
35
sportinfo.az

1Mənbələr