AZ

Papilloma virusu işiqla məhv ediləcək Səhiyyə sahəsində daha bir yenilik

ain.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Meksikalı alimlər insan papilloma virusunun (HPV) müalicəsi ilə bağlı yeni metod təqdim edib. Bu yanaşma yalnız profilaktikaya deyil, artıq virusa yoluxmuş pasiyentlərin müalicəsinə yönəlib və tibb sahəsində mühüm yenilik kimi qiymətləndirilir.Yeni metod fotodinamik terapiyaya əsaslanır. Bu zaman orqanizmə xüsusi fotohəssas maddə – fotosensibilizator, yəni işığa qarşı həssaslığı artıran, təbii və ya süni yolla sintez edilmiş maddə yeridilir və o, yalnız yoluxmuş hüceyrələrdə toplanır. Daha sonra həmin hüceyrələr müəyyən dalğa uzunluğuna malik lazer şüası ilə təsirləndirilir. Nəticədə aktiv oksigen yaranır və virusla zədələnmiş hüceyrələr məhv edilir, sağlam toxumalar isə qorunur.Klinik sınaqların ilkin nəticələrinə görə, prosedurdan sonra bəzi pasiyentlərdə virus artıq analizlərdə aşkar edilməyib. Mütəxəssislər bildirir ki, bu texnologiya təsdiqlənərsə, HPV ilə mübarizədə yeni mərhələnin başlanğıcı və gələcəkdə daha geniş tətbiq oluna bilər.

Saglamolun.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
saglamolun.az

1Mənbələr