AZ

Əkbər Qoşalının “Seçilmiş əsərləri” Masallı Kitab Festivalında

ain.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

İlk dəfə təşkil olunan Masallı Kitab Festivalı çərçivəsində tanınmış şair-publisist, türkoloq Əkbər Qoşalının seçilmiş əsərlərinin birinci cildinin təkrar nəşrinin təqdimatı və imza mərasimi keçirilib.

Festivalın qapanış gününə təsadüf edən tədbirdə Masallının ədəbi, ictimai-mədəni həyatında fəal rol oynayan aydınlar, yerli dövlət orqanlarının, təhsil qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, eləcə də festivalın təşkilatçı qurumlarının rəhbər şəxsləri iştirak edib.

Tədbirdə çıxış edənlər Əkbər Qoşalının çoxşaxəli yaradıcılığını, onun çağdaş Azərbaycan ədəbiyyatında və publisistikasında tutduğu yeri, həmçinin türkologiya sahəsində fəaliyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, müəllifin əsərləri milli-mənəvi dəyərlərin təbliği, ədəbi düşüncənin inkişafı və Türk dünyası mədəni bağlarının möhkəmləndirilməsi baxımından önəm daşıyır.

Təqdimat mərasimində Milli Məclisin deputatı Elçin Mirzəbəyli, filosof Rahid Ulusel, yazıçı-publisist Nurəddin Ədiloğlu, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, Dünya Gənc Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, Cəlilabaddan festivala qatılan şair Əlirza Həsrət və başqaları müəllifin yaradıcılığına dair fikirlərini bölüşüb. Çıxış edənlər həm festivalın önəmindən, həm də təqdim olunan kitabın ədəbi dəyərindən söz açıblar. Eyni zamanda, Əkbər Qoşalının seçilmiş əsərlərinin təkrar nəşrinin onun poetik yaradıcılığının daha geniş oxucu auditoriyasına çatdırılması baxımından önəmli addım olduğu vurğulanıb.

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin koordinatoru Nilufər Lətif şairin şeirlərini səsləndirib. Müəllif özü bir neçə şeirini oxuyub, oxucuların suallarını cavablandırıb.

Tədbirin sonunda müəllif oxucular üçün kitabını imzalayıb, festivalın təşkilatçılarına, o cümlədən kitabın təkrar nəşrini həyata keçirən “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinə və bütün iştirakçılara təşəkkürünü bildirib.

Zərifə BƏŞİRQIZIXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
6
xalqqazeti.az

7Mənbələr