AZ

Paşinyan Azərbaycana səfər etmək istədiyini açıqladı...



“İki ölkə arasında sülhü möhkəmləndirmək və təsis etmək üçün Azərbaycanla sıx əməkdaşlıq edirik. Bu, Azərbaycan Prezidentinin Ermənistanda baş tutan tədbirdə, uzaqdan da olsa, iştirak etdiyi ilk dəfədir”.

Bunu Ermənistanın Baş naziri Paşinyan İrəvanda Avropa Siyasi Birliyinin sammitində etdiyi çıxışında deyib.

Paşinyan eyni zamanda, 2028-ci ildə Avropa Siyasi Birliyi Zirvə Toplantısına ev sahibliyi edəcək Azərbaycana səfər etmək arzusunu da dilə gətirib: "Ümid edirəm ki, 2028-ci ildə Avropa Siyasi Birliyinin sammiti Azərbaycanda keçiriləndə bu ölkəyə səfər etmək imkanım olacaq”.

Tahir TAĞIYEV

Seçilən
2
baki-xeber.com

1Mənbələr