AZ

Rəis müavini: Özəl məhkəmə ekspertləri bütün ekspertiza sahələri üzrə rəy verə bilməyəcəklər



Azərbaycanda özəl məhkəmə ekspertləri bütün ekspertiza sahələri üzrə rəy verə bilməyəcəklər. Belə ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, məhkəmə-tibb, məhkəmə-psixiatriya, məhkəmə-ballistik, məhkəmə partlayış-texniki, pul nişanları və qiymətli kağızların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin məhkəmə ekspertizaları yalnız məhkəmə ekspertizası idarələri tərəfindən həyata keçirilir. Bu cür məhdudiyyətlər bir çox ölkədə mövcuddur.

Bunu m’tbuata müsahibəsində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini, ədliyyə müşaviri Vüsal Məmmədov deyib.

O bildirib ki, mövcud qanunvericiliyə əsasən cinayət işləri üzrə məhkəmə ekspertizaları yalnız dövlət məhkəmə ekspertizası idarələrinin ekspertləri tərəfindən həyata keçirilir: “Yəni təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı, yaxud məhkəmənin qərarı və ya qərardadı ilə təyin edilmiş ekspertizalar məhkəmə ekspertizası idarələrində keçirilir. Mülki işlər, inzibati mübahisələr və inzibati xətalara dair işlər üzrə məhkəmə prosesinin iştirakçıları - fiziki və ya hüquqi şəxslər, həmin şəxslərin vəkilləri və nümayəndələri öz təşəbbüsü ilə və öz hesabına özəl məhkəmə ekspertlərinə ekspertizanın aparılmasını sifariş edə biləcəklər. Ekspertizanı sifariş etmiş şəxs ekspertə suallar siyahısını və tədqiqat üçün obyektləri verməlidir. İşdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçiriləcək”.

Seçilən
5
2
baki-xeber.com

6Mənbələr