AZ

Deputat Arzuxan Əlizadə beynəlxalq tədbirdə iştirak etdi

Aərbaycan Milli İsdtiqlal Partiyasının (AMİP) sədri, millət vəkili Arzuxan Əlizadə və beynəlxalq məsələlər üzrə sədr müavini Elşən Mustafayev aprelin 29-dan mayın 2-dək Xorvatiyanın paytaxtı Zaqreb şəhərində Beynəlxalq Demokrat İttifaqının (İDU) “İDU Forum-2026, Zaqreb” adı altında təşkil etdiyi beynəlxalq tədbirdə və İDU-nun İcracı toplantısında  iştirak ediblər.

 

Pravda.az xəbər verir ki, Forumda İDU üzvü olan sağ mərkəz yönümlü partiyaların rəhbərləri, həmin  partiyalarını təmsil edən bir sıra sabiq dövlət və hökumət başçıları, müxtəlif analitik beyin mərkəzlərinin nümayəndələri, siyasi ekspertlər, diplomatlar, ümulikdə 300-dən artıq nümayəndə iştirak edib.

 

Xorvatiya Respublikasının Baş naziri Andrej Plenkoviç, Xorvatiya Parlamentinin spikeri Qordan Yandrokoviç və İDU-nun prezidenti, Kanadanın 22-ci Baş naziri Stefen Harperin açılış nitqləri ilə işinə başlayan və iki gün davam edən Forumda, həmçinin Forumun müxtəlif məsələlərə həsr olunmuş panellərində mövcud münaqişələr dönəmində narahat və dəyişən dünya, hazırki transatlantik münasibətlər, Avropanın gələcəyəni müəyyən edəcək faktorlar, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verən hadisələr və digər aktual məsələlər müzakirə mövzusu olub. Eyni zamanda panel müzakirələrində Xorvatiyanın xarici işlər naziri Gordan Grliç Radman,  Avropa İttifaqı komissarları, Böyük Britaniya parlamentinin üzvləri, Ukrayanın keçmiş prezidenti Petro Poroşenko və keçmiş baş naziri Yulia Timoşenko, Xorvartiyanın 2015-2020 cillər ərzində prezidenti olmuş Kolinda Grabar-Kitaroviç, Albaniyanın eks prezidenti Sali Berişa aktiv iştirak ediblər.

 

Forumdan sonrakı gün Beynəlxalq Demokrat İttifaqının (İDU) növbəti İcraçı Toplantısı keçirilib. İDU-nun və Təşkilat üzvü olan partiya rəhbərlərinin iştirak etdiyi toplantıda təşkilat daxili məsəllər müzakirə olunub, dünyada baş verən hadisələrə münasibət bildirilib və müvafiq qətnamələr qəbul edilib.

 

Beynəlxalq demokrat İttifaqı (İnternasional Democracy Union) 80-dən çox ölkənin 100-dən artıq sağ mərkəz yönümlü partiyalarını öz ətrafında birləşdirən nüfuzlu beynəlxalq təşkilatdır və AMİP 1999-cu ildən bu təşkilatın tam hüquqlu üzvüdür.

 

Tarix: 4 May 2026, 15:06   
Seçilən
1
7
pravda.az

8Mənbələr