İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Teyani Reynders yay transfer pəncərəsində komandanı tərk edə bilər.
Far.Az xarici mətbuata istinadən xəbər verir ki, niderlandlı futbolçu son dönəmlər əsas heyətdə yerini itirib. Bu səbəbdən onun klubdan ayrılması ilə bağlı iddialar getdikcə daha da güclənir.
27 yaşlı oyunçuya maraq göstərən əsas klublardan biri İspaniyanın "Real Madrid" komandasıdır. Madrid təmsilçisi yarımmüdafiə xəttini gücləndirmək üçün alternativlər axtarır.
Bildirilir ki, "Mançester Siti" futbolçunun transferi üçün təxminən 58 milyon avro tələb edəcək. Xatırladaq ki, klub Reyndersi ötən yay "Milan"dan təxminən 55 milyon avroya transfer etmişdi.
Cari mövsümdə Pep Guardiolanin rəhbərlik etdiyi komandada Reynders 45 oyuna çıxıb, 7 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.