AZ

KİV: İran ordusu Hörmüz boğazından keçmək istəyən ABŞ hərbi gəmisini raketlə vurub

İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçmək istəyən ABŞ hərbi gəmilərindən birinə raket zərbələri endirib.

Heftelik.az Fars Agentliyinə istinadən xəbər verir ki, atılan iki raket hədəfə dəyib.

Bildirilib ki, ABŞ hərbi gəmisinin xəbərdarlıqlara məhəl qoymamasından sonra raket zərbəsi endirilib.

“Bundan sonra gəmi geri qayıtmağa məcbur olub”, – məlumatda qeyd olunub.

Hadisə nəticəsində hər hansı tələfatla bağlı məlumat yoxdur.

Seçilən
2
9
heftelik.az

10Mənbələr