AZ

Azərbaycan sülhə sadiq olduğu mesajını verdi

Xalqcebhesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin sammitində prezident İlham Əliyev video formatla ştirak edərək, çıxış etdi. Avropa Siyasi Birliyinin sammitinə onlayn qoşulmaq da iştirak deməkdir. Bununla da prezident İlham Əliyev Ermənistanda Avropa Siyasi Birliyinin sammitini baykot etmədi. Bu iştirakın iki ölkə arasında sülhün olduğunu nəzərə çatdırdı. Bununla da Azərbaycanın sülhə sadiq olduğunu, Cənubi Qafqazda yeni siyasi münasibətlər sisteminin formalaşdığını mesajını verdi.

Bunu xalqcebhesi.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, Avropa Siyasi Birliyinin Cənubi Qafqazda sammitində Azərbaycan prezidentinin qatılması regionda ölkəmizin söz sahibi olması deməkdir. Demek olar ki, cənab prezident siyasi iradə ortaya qoyaraq Cənubi Qafqazla Avropa arasında əməkdaşlığın inkişafına töhfə vermiş oldu:

"Prezidentin sammitdə çıxışı Ermənistan televiziyalarında yayımlandı. Bu, iki ölkə arasında mövcud sülhün olduğunu və bu sülhü qoruyub saxlanmalı olduğunun vacibliyini ortaya qoydu. Prezidentin bu sammitdə çıxışından sonra N. Paşinyan 2028-ci ildə Azərbaycanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Bakıya gədəcəyini ümid etdiyini vurğuladı.

Demək olar ki,Cənubi Qafqazda sülh var. Və bu il iki ölkə arasında sülh de-yure qüvvəyə minəcək. Avropa Siyasi Birliyinin sammitində Baş nazir Ə. Əsədov da çıxış edə bilərdi. Amma, özü bu sammitdə çıxış edərək sammitin gedişinə və Ermənistanda keçirilməsinə böyük dəstək verdiyini nümayiş etdirdi. Bu, N.Paşinyanın da mövqeyini gücləndirir və Qərbin bəzi ölkələri də gördü ki, iki ölkə arasında sülh yaranır".

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr