AZ

71 kq tiryək, 13 min metadon həbi aşkarlandı Əməliyyat görüntüləri (VİDEO)

Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir.

Qaynarinfo DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt ərazisində keçirilən tədbirlər zamanı Cavid Zamanov, Ehtiram Abdullayev və İlkin Baxşıyev saxlanılıblar.

Onlardan 71 kq tiryək, tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 13 min ədəd metadon həbi aşkarlanıb.

Saxlanılan şəxslərin xarici narkotacirlərin tapşırığı ilə narkokuryerlik etdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
29
qaynarinfo.az

10Mənbələr