AZ

Paytaxtın gözlənilməz “qonaq”ları – Qarşınıza çıxsalar, bu nömrəyə zəng edin – RƏSMİ/VİDEO

Son günlər Bakı küçələrində tülkülərin sayının artması müşahidə edilir. Bununla bağlı sosial şəbəkələrdə videolar yayılıb.

Vəhşi təbiətin bir parçası sayılan bu heyvanlarn şəhər küçələrində sürü halında gəzməsi narahatlıq yaradır.

Maraqlıdır, Ekologiya və Təbii Sərvətlər Nazirliyi onların qorunub təbiətə qaytarılması üçün hansı tədbirləri görür?

Bizim.Media-nın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Amin Məmmədov bildirib ki, son dövrlərdə Bakı şəhəri və ətraf ərazilərdə tülkülərin daha tez-tez görünməsi halları müşahidə olunur ki, bu da əsasən onların təbii yaşayış mühitinin dəyişməsi ilə əlaqədardır:

“Şəhərətrafı ərazilərin genişlənməsi nəticəsində vəhşi heyvanların arealları daralır, bu da onların qida axtarışı məqsədilə yaşayış məntəqələrinə yaxınlaşmasına səbəb olur.

Tülkülərin və ya digər vəhşi heyvanların yaşayış məntəqələrinə yaxın ərazilərdə görünməsi halları ilə qarşılaşdıqda vətəndaşlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 qaynar xəttinə müraciət etməlidirlər. Bu, həm insanların, həm də heyvanların təhlükəsizliyi baxımından vacibdir. Daxil olan müraciətlər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən vəhşi heyvanlar müvafiq təhlükəsizlik tədbirləri görülməklə götürülərək təbii mühitə qaytarılır”.

Seçilən
1
2
turkustan.az

3Mənbələr