Ajans.az xəbər verir ki, qalıqların həmin ərazidə təxminən üç il qaldığı ehtimal olunur. Müstəntiqlər hesab edir ki, söhbət 2023-cü il mayın 6-da Ozerki kəndi yaxınlığında qəbiristanlığa getdikdən sonra itkin düşən 54 yaşlı kişidən gedir. Faktla bağlı cinayət işi açılıb, onun tanışı saxlanılıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, şübhəli şəxs 2023-cü ilin 7 və 9 may tarixlərində bağ sahələri olan əraziyə iki dəfə baş çəkib. Ehtimal olunur ki, o, həmin günlərdə meyiti hissələrə ayıraraq gizlədib. Saxlanılan şəxs qətli törətdiyini etiraf edib, lakin hadisənin təsadüfi baş verdiyini bildirib və meyiti gizlətdiyi yeri xatırlamadığını deyib.
Cəsəd qalıqları olan torbalar 2026-cı il mayın 1-də təsadüfən aşkar edilib. Meyitin baş hissəsinin isə tapılmadığı bildirilir.