AZ

Ən yaxşı 10 Android smartfonu məlum olub SİYAHI

ain.az bildirir, Olke.az portalına istinadən.

"AnTuTu" bençmarkının tərtibatçıları istifadəçi rəylərinə əsaslanan "Android" smartfonlarının aprel ayı üzrə reytinqini dərc ediblər.

Ölkə.Az xəbər verir ki, aprel ayının lideri 98,33% istifadəçi məmnuniyyəti ilə ZTE nubia Z80 Ultra flaqman smartfonu olub. Onu müvafiq olaraq Oppo K13 Turbo 5G (98,21%), Oppo Find X8 Ultra (95,29%) və Oppo Find X8S (94,93%) modelləri izləyir.

Siyahının beşinci pilləsində orta hesabla 94,78% səs toplayan ZTE nubia Z70S Ultra qərarlaşıb. Altıncıdan doqquzuncuya qədər olan yerləri isə Honor Magic 8 (94,5%), Xiaomi 15 Ultra (94,15%), OnePlus Ace 6 (93,83%) və 93,81% müsbət rəy qazanan sub-flaqman Honor 400 Pro bölüşdürüb.

İlk onluğu 93,57% istifadəçi məmnuniyyəti ilə realme GT 8 Pro flaqmanı tamamlayır.

"AnTuTu" nümayəndələri vurğulayırlar ki, bu reytinq cihazların texniki göstəricilərinə görə deyil, məhz real istifadəçilərin rəyləri əsasında hazırlanıb. Qurğunun siyahıdakı ümumi balı birbaşa müsbət qiymətləndirmələrin sayından asılıdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
2
olke.az

3Mənbələr