AZ

“Bavariya” PSJ ilə ÇL oyunu üçün yeni forma hazırladı

BAKI, 4 may. TELEQRAF

Almaniyanın “Bavariya” klubu UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda PSJ-yə qarşı keçirəcəyi matç üçün yeni ev formasını təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Münhen təmsilçisinin formaları “adidas” tərəfindən hazırlanıb.

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinalının cavab görüşü sabah “Arena Münhen” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Komandalar arasındakı ilk oyun Paris təmsilçisinin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
7
teleqraf.com

1Mənbələr