AZ

İldırım çaxdı: Bu şəhərlərdə məscid minarələri ard-arda uçdu - Video

Türkiyənin Cənub-Şərqi və Şərqi Anadolu bölgələrində ildırım çaxmaları ilə müşaiyət olunan güclü yağış həyatı iflic edib.

 Azreform.info Türkiyə mediasına istinadən xəbər verir ki,  Elazığın Sürsürü məhəlləsində ildırım məscidə düşərək minarəni uçurub. Hadisə zamanı ətrafda insanlar  olmadığından  təlafat olmayıb.

Şanlıurfanın Birecik rayonunda baş verən fırtına zamanı məscidin minarəsi uçub və minarənin uçması anının görüntüləri yayılıb.

Axşam saatlarında yağan dolu və güclü külək zamanı Məzrə Mərkəzi Məscidinin minarəsi uçub. Çökmə anı mobil telefon kamerası tərəfindən qeydə alınıb. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Diyarbəkir və Batman şəhərlərində şiddətli yağışlar bəzi yeraltı keçidləri su basıb, ildırım isə gecəni işıqlandırıb.

Hər iki şəhərdə və onların rayonlarında yağan güclü yağış bəzi yeraltı keçidlərdə və yollarda daşqınlara səbəb olub. 
 

Mürtəza

Seçilən
5
3
azreform.info

4Mənbələr