AZ

Omanda sahil suları krevetlər səbəbindən qırmızıya boyanıb

ain.az bildirir, Oxumeni.az portalına istinadən.

Omanda sahil suları krevetlər səbəbindən qırmızıya boyanıb

Omanda Ərəbistan dənizinin sahil suları, krevetlərin kütləvi məhvi nəticəsində qırmızı rəngə boyanıb. Oxuməni.az xəbər verir ki, bu barədə “RİA Novosti”, Salalah şəhər sakini Siyah Məhəmmədin məlumatına istinadən xəbər verir.

"Salalahdan 50 kilometr aralıda yerləşən Mirbat şəhərinin sahilinə böyük miqdarda həlak olmuş kril atılıb, bu da dənizdəki suyun qırmızıya boyanmış kimi görünməsinə səbəb olub", - deyə kişi bildirib.

Oman qəzeti “Muscat Daily”-nin məlumatına görə, Mirbatın Vəhşi Təbiət və Su Ehtiyatlarının Mühafizəsi İdarəsi və yerli bələdiyyə, istirahət edənləri və ətraf mühiti qorumaq üçün sahil zolağını krevetlərdən təmizləyir.

Yerli hakimiyyət orqanlarının izah etdiyi kimi, krevetlərin məhvinə dəniz suyunun temperaturunun və oksigen səviyyəsinin dəyişməsi səbəb olub.

Almaz Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
oxumeni.az

2Mənbələr