AZ

Karrik "qırmızı-şeytanlar"ı Çempionlar Liqasına qaytardı!

style='margin-bottom:10px;'>

"Mançester Yunayted" 3 illik fasilədən sonra yenidən UEFA Çempionlar Liqasında yarışacaq.

QOL.az-ın xəbərinə görə, "qırmızı-şeytanlar" dünən  35-ci turda "Liverpul"a qalib gəlib (3:2) və son 3 turun nəticəsindən asılı olmayaraq, Premyer Liqada ilk beşlikdə yerini təmin edib.

Hazırda onlar 35 oyundan 64 xalla 3-cü yeri tuturlar. 6-cı yerdəki "Bornmut"la "Mançester Yunayted" arasında xal fərqi isə 12-ə çatıb. Beləliklə, son 3 turun nəticəsindən asılı olmayaraq mançesterlilər 5-ci yeri tərk etməyəcəklər.

Qeyd edək ki, "Mançester Yunayted" 2026-cı ilin qışında komandaya baş məşqçi təyin edilən Maykl Karrikin rəhbərliyi altında uğurlu mövsüm keçirib. 44 yaşlı mütəxəssisin rəhbərliyi altında "MY" ÇL-ə vəsiqə qazanmaqla yanaşı "Liverpul", "Mançester Siti", "Arsenal", "Çelsi", "Aston Villa" kimi komandalara qalib gəlməyi bacarıb.

Xatırladaq ki, "qırmızı-şeytanlar" son dəfə Çempionlar Liqasında 2023/2024 mövsümündə iştirak ediblər. Həmin vaxt komanda "Bavariya", "Kopenhagen" və "Qalatasaray" ilə eyni qrupda yarışıb və sonuncu yeri tutub.

Seçilən
13
1
teleqraf.com

2Mənbələr