AZ

İtaliyada doğum səviyyəsi XIX əsr göstəricilərinə düşüb

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

İtaliyada demoqrafik vəziyyət sürətlə pisləşməkdə davam edir və tarixi minimuma enib.

Bizimyol.info xəbər verir ki, İtaliyanın Milli Statistika İnstitutudur (ISTAT) tərəfindən dərc olunan rəsmi hesabatda bildirilir ki, 2025-ci ildə ölkədə cəmi 355 min uşaq dünyaya gəlib. Bu, 1861-ci ildən bəri aparılan müşahidələr tarixində ən aşağı göstəricidir və faktiki olaraq ölkəni XIX əsrin doğum səviyyəsinə qaytarır.

Doğum sayının azalması ilə yanaşı, ölkədə ölüm səviyyəsi də yüksək olaraq qalır. Ötən il İtaliyada 652 min nəfər vəfat edib. Beləliklə, cəmi bir il ərzində təbii əhali azalması təxminən 300 min nəfərə çatıb. Miqrasiya axınları bu azalmanı tam kompensasiya edə bilmədiyindən, bu vəziyyət ölkənin sosial sisteminin sabitliyini risk altına salır.

Ekspertləri xüsusilə narahat edən göstəricilərdən biri də ümumi doğum əmsalıdır. 2025-ci ildə bu rəqəm hər qadına 1,14 uşaq səviyyəsinə düşüb. Müqayisə üçün qeyd olunur ki, əhalinin sadə artımı üçün bu göstərici ən azı 2,1 olmalıdır. ISTAT-ın məlumatına görə, İtaliyada yeni doğulanların sayının azalması artıq 16 ildir davam edir və son göstəricilər bu mənfi tendensiyanın sürətləndiyini göstərir.

Mütəxəssislər bu vəziyyəti bir sıra sosial-iqtisadi amillərlə əlaqələndirirlər. Əsas səbəblər kimi əmək bazarında qeyri-sabitlik, gənc mütəxəssislər üçün aşağı əməkhaqqı və yüksək yaşayış xərcləri göstərilir. Bu amillər İtaliya ailələrini ilk övladın doğumunu təxirə salmağa və ya ümumiyyətlə bundan imtina etməyə vadar edir. Ölkədə anaların orta yaşı da artmaqda davam edir ki, bu da ümumi demoqrafik göstəricilərə mənfi təsir edir.

Analitiklərin proqnozlarına görə, demoqrafik siyasətdə ciddi dəyişikliklər baş verməzsə, İtaliya yerli əhalinin geri dönməz azalması ilə üzləşə bilər.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
bizimyol.info

1Mənbələr