AZ

Müharibə cinayətkarlarının azadlığına çağırışlar hüquqa təhdiddir

Əkrəm Bəydəmirli müharibə cinayətləri törətmiş şəxslərin azad olunması ilə bağlı çağırışların hüquq sisteminə ciddi təhdid yaratdığını bildirib. O, separatçılıq və terror aktlarında iştirak etmiş şəxslərin məsuliyyətdən yayındırılmasına yönələn təşəbbüslərin təhlükəli presedent formalaşdırdığını vurğulayıb.

QHT.az həmin açıqlamanı təqdim edir:

Hazırda Azərbaycan həbsxanalarında  cəza çəkən separatçılarının liderləri, dinc insanlara qarşı törədilmiş terror aktlarının iştirakçıları olan 19 ermənin azad olunması ilə bağlı bu gün bəzi qüvvələr yaxalarını cırırlar. Xüsusilə erməni milyarderlərinin pul kisəsindən asılı vəziyyətdə olan Avropa Parlamentinin üzvləri, Rusiyanın bəzi dairələrin qaranlıq layihələrinin icraçıları və digər qüvvələr bu prosesdə fəallıq göstərirlər. Rusiyanın strateji maraqlarından biri odur ki, Qarabağ serparatçılarının əli ilə Cənubi Qafqazı nəzarətində saxlasın. Avropa Parlamentinin bəzi üzvlərini və digər bu kateqoriyadan olan şəxsləri isə erməni lobbisinin verəcəyi maliyyə düşündürür.  
Bəs həbsdə yatan bu cinayətkarlar kimdir?
Xatırladırıq ki,  2023-cü ilin  sentyabr ayının 19-20-də keçirilən antiterror tədbirlərindən  sonra ermənilərdən ibarət cinayətkar şəbəkənin üzvləri həbs edildi. Çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının dünyanın gözü qarşısında məhkəmə prosesi çox aşkar keçirildi. Hüququn bütün tələblərinə uyğun aparılmış bu prosesdə çoxsaylı şahid ifadələri dinlənildi, irəli sürülmüş ittihamlar öz əsaslı təsdiqini tapdı. Bakı Hərbi Məhkəməsində  ağır cinayətlərdə ittiham olunan həmin ermənilər  təkzibolunmaz faktlarla, əsaslı sübutlarla üz-üzə qaldılar.
 Günahsız azərbaycanlıların qanını tökən həmin qatillərin müdafiəsi ilə bağlı bütün cəhdlər əbəsdir. Ona görə ki, təkzibolunmaz faktlar təsdiqni tapdı.
 
 Azərbaycan yalnız torpağını işğaldan azad etmədi, həm də ermənilərin yaratdığı cəzasızlıq mühitinə, separatizmə son qoydu. Bu gün münaqişələrdən, separatizmdən, əsassız torpaq iddialarından əziyyət çəkən dünya üçün  bu, yaxşı örnəkdir. 

Bir məqamı qeyd edim ki, Rusiya-Ukrayna müharibəsindən sonra Avropa separatizmin dəhşətli tərəfini  gördü və bu gün öz sərhədlərində hiss edir. Xüsusulə Ukrayna ərazisi olan Xerson, Luqansk  və Donbasın  Rusiya tərəfdən separatizm ünsürü kimi istifadə edilməsi faktı dünya üçün  acı nəticə oldu. Ona görə,  özünə hörmət qoyan hər bir dövlət, beynəlxalq qurumlar separatizmə dəstək verməməlidir. 

Zəhra Ağayeva

Seçilən
4
2
qht.az

3Mənbələr