AZ

Putinə böyük xəyanət: Komanda üzvü qaçıb ABŞ-a sığındı

Rusiyada Vladimir Putinin kabinetinin yüksək vəzifəli üzvünün ölkəni tərk etdiyi ilə bağlı iddialar ortaya çıxıb.

Belə ki, iki həftə öncə, aprelin 22-də Rusiyanın təbii sərvətlər nazirinin müavini  vəzifəsindən azad edilən Denis Butsayevi elə həmin gün də ölkəni tərk edib.
Azreform.info  xəbər verir ki, 49 yaşlı  Denis Butsayev  könüllü olaraq nazir müavini vəzifədən istefa verdiyi bildirilir. 

Rusiyanın Baş naziri Mixail Mişustin Butsayevi aprelin 22-də rəsmi olaraq vəzifəsindən azad edib.  Vəzifəsindən azad edilən Butsayev Rusiya təhlükəsizlik xidmətlərindən qaçmaq üçün ABŞ-a qaçdığı iddia edilir.
Mənbələrə görə,  sabiq nazir müavini Rusiyanı aprelin 18-də qonşu Belarus vasitəsilə tərk edib. Bildirilib ki, o, əvvəlcə Belarusa gedib, daha sonra Gürcüstan vasitəsilə ABŞ-a uçub.
Onun siyasi sığınacaq üçün müraciət edib-etmədiyi bəlli deyil.
Həmçinin iddia edilir ki, Butsayev Kremldəki yüksək vəzifəli şəxslərin iştirak etdiyi genişmiqyaslı korrupsiya istintaqı zamanı ölkəni tərk edib.
Rusiya mediası Butsayevin şanslı olduğunu və onu vaxtında xəbərdar edən dostları olub. 
Bu Rusiyada unikal bir hal kimi qeydə alınıb.  Butsayev kimi yüksək çinli i bir məmurun Rusiyanı tərk etməsinin ilk məlum nümunəsidir. O, 2024-cü ildən bəri xaricdə təqibdən yayınan ilk məmurdur.

Qeyd edək ki, 2025-ci ildə nazirliyə təyin olunmazdan əvvəl Butsayev tullantıların utilizasiyası sistemində islahat aparan dövlət şirkətinə rəhbərlik edib. Hazırda istintaq orqanları bu təşkilat daxilində mümkün fırıldaqçılıq hallarını araşdırır. Bir direktor və iki rəhbər şəxsə qarşı iş açılıb. Butsayevin bu işlə əlaqəsi istisna edilməyib, lakin ona qarşı hələlik rəsmi ittiham irəli sürülməyib.

 Mürtəza

Seçilən
0
2
azreform.info

3Mənbələr