“Qarabağ”ın qapıçısı Mateus Koxalski mövsümün sonunda komandadan ayrılmağa yaxındır.
İdmanxeber.az-a verilən məlumata görə, 25 yaşlı qolkiper karyerasını ölkəsində davam etdirə bilər. Onunla Polşanın “Vitsev Lodz” klubu ciddi şəkildə maraqlanır.
Sözügedən klub yanvarda qapıçını heyətini qatmaq istəsə də, transfer baş tutmamışdı. Ancaq Polşa təmsilçisi təcrübəli qolkiperdən vaz keçmir.
Bildirilir ki, “Vitsev Lodz” Koxalskiyə yeni müqavilə təklifi hazırlayıb. 25 yaşlı oyunçu qərar üçün mövsümün sonunu gözləyir.
Onun ölkəsində çıxış etməyə müsbət yanaşdığı da bildirilir.
Koxalski daha əvvəl “Vitzev Lodz” təklif aldığını açıqlamış, lakin qışda ayrılmasına razılıq verilməmişdi.
Xatırladaq ki, Polşalı qolkiper 2024-cü ilin avqustunda “Qarabağ”la 3+1 illik müqavilə imzalayıb.