AZ

“Barselona” ilə razılığa gəldi

Bernardo Silva böyük ehtimalla yeni mövsümdən İspaniyada oynayacaq.

"Football-plus.az" xəbər verir ki, “Barselona” rəhbərliyi “Mançester Siti”nin yarımmüdafiəçisi ilə prinsipial razılığa gəlib.

“Diario Sport”un məlumatına görə, 31 yaşlı futbolçunun yayda azad agent kimi transferi artıq təxminən 80 faiz razılaşdırılıb. Lakin yekun qərar komandanın baş məşqçisi Hans-Diter Flikdən asılıdı. O, yalnız heyətdən bir yarımmüdafiəçi ayrılacağı halda bu keçidə razılıq verəcək. İddiaya əsasən, maliyyə məhdudiyyətlərinə uyğunlaşmaq üçün Bernardo yeni klubunda indi ilə müqayisədə 60 faiz az maaş almağa razılaşıb.

Portuqaliyalı futbolçu MS-də 2017-ci ildən çıxış edir. O, ötən müddətdə meydana çıxdığı 454 oyunda 76 qol vurub və 77 məhsuldar ötürmə edib.

Seçilən
3
1
football-plus.az

4Mənbələr