AZ

İçərişəhərdə xalça festivalı: ənənə, sənət və diplomatiya bir arada

ain.az, Dogru.az portalına istinadən məlumat yayır.

Keçmişin ilmələri bu günün nəfəsində – xalça sənəti canlı nümayiş olundu

Dünən paytaxtın tarixi məkanı olan İçərişəhər ərazisində xalça sənətinə həsr olunmuş festival keçirilib. Tədbir Azərbaycan xalçaçılıq ənənələrinin tanıdılması və bu irsin gələcək nəsillərə ötürülməsi məqsədi daşıyıb.

Festivalda dövlət və ictimai xadimlər, o cümlədən Polad Bülbüloğlu, Milli Məclisin bir sıra deputatları, həmçinin ölkədə fəaliyyət göstərən səfirliklərin nümayəndələri iştirak ediblər. Qonaqlar milli irsin qorunması və beynəlxalq səviyyədə təbliğinin vacibliyini vurğulayıblar.

Tədbir çərçivəsində ziyarətçilərə xalçaçılığın bütün mərhələləri əyani şəkildə nümayiş olunub. Xalçanın yuyulması, sapın əyirilməsi, təbii boyalarla rənglənməsi və toxunma prosesi ustalar tərəfindən canlı təqdim edilib ki, bu da iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Festival ərazisində həmçinin əl işlərinin satıldığı xüsusi guşələr təşkil olunub. Yerli sənətkarların hazırladığı xalçalar və digər dekorativ-tətbiqi sənət nümunələri ziyarətçilərə təqdim edilib. Sahibkarlar üçün ayrılmış satış stendləri isə onların məhsullarını tanıtmaq və satış imkanlarını genişləndirmək baxımından əhəmiyyətli olub.

Qeyd edək ki, bu cür tədbirlər milli-mədəni irsin qorunması ilə yanaşı, həm də turizmin inkişafına və yerli istehsalçıların dəstəklənməsinə mühüm töhfə verir.

İlahə Əliyeva

DOĞRU.AZ 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
dogru.az

2Mənbələr