AZ

Türkiyənin aparıcı media qurumları Azərbaycan İdman Akademiyası haqqında reportaj hazırlayıblar

Bakı, 4 may, AZƏRTAC

Türkiyənin aparıcı media qurumları — “A Haber” və “Sabah” Azərbaycan İdman Akademiyasına (ASA) gəlib, Akademiya haqqında xüsusi reportaj hazırlayıblar.

ASA-dan AZƏRTAC-a verilənməlumata görə, süjet akademiyanın fəaliyyəti, elmi-tədqiqat istiqamətləri və beynəlxalq əməkdaşlıqlarına həsr olunub.

Reportajda ASA-nın rektoru Fuad Hacıyev, prorektoru Ülkər Babayeva və əməkdaşlar müsahibə veriblər. Müsahibələrdə Akademiyada həyata keçirilən yeniliklər, tədris prosesi, tələbələr üçün yaradılan imkanlar və idman elminin inkişafına yönəlmiş layihələr haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, hazırlanan süjet yaxın günlərdə Türkiyə ictimaiyyətinə təqdim olunacaq.

 

Seçilən
0
3
azertag.az

4Mənbələr