Azərbaycan Dəmir Yolları bildirib ki, Rusiyadan Ermənistana Azərbaycan ərazisi vasitəsilə növbəti yük daşınması həyata keçiriləcək.
Məlumata görə, 10 vaqondan ibarət gübrə yüklərinin bu gün saat 15:00-da Biləcəri stansiyasından yola salınması planlaşdırılır.
Şirkət qeyd edib ki, ötən gün də eyni marşrut üzrə 8 vaqondan ibarət, ümumi çəkisi 536 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində göndərilib.
Tranzit daşımalar regionda logistika əlaqələrinin davam etdiyini göstərir.