Ajans.az xəbər verir ki, bu barədə TASS агентliyi məlumat yayıb. Onun sözlərinə görə, hava şəraiti əlverişli olduqda, xüsusilə may və sentyabr aylarında botanika və təbiət tarixi kimi fənlərin açıq havada keçirilməsi məqsədəuyğun ola bilər. Qrib qeyd edib ki, məktəbin öz ərazisi və ya bağçası olduğu hallarda şagirdlər üçün xalçalar üzərində dərslərin təşkili mümkündür. “Əgər hava şəraiti imkan verərsə, birinci sinif şagirdləri təmiz havada, açıq hava şəraitində xalçalar üzərində dərs keçə bilərlər. Bu, tamamilə normaldır – təbiət mühiti uşaqlar üçün daha maraqlı olur və onların diqqətini cəlb edir. Üstəlik, bu təcrübə yalnız məktəb ərazisi ilə məhdudlaşmamalıdır”, – deyə o bildirib. Qrib əlavə edib ki, bu yanaşma bir çox xarici ölkələrdə artıq tətbiq olunur və təhsil prosesinin daha maraqlı və effektiv təşkilinə kömək edir.