AZ

KREMLƏ “PARAD XƏBƏRDARLIĞI”... Ukrayna PUA ları Moskvanı vurdu + VİDEOLAR

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Moskvada “Qələbə paradı” yaxınlaşdıqca, Kreml üçün önəmli siyasi əhəmiyyət daşıyan bu tədbir ətrafında gərginlik artır. Ukrayna hücumlarına görə, paradın müddəti və keçiddə iştirak edəcək hərbi qüvvələrin sayı tarixi minimuma endirilib, ağır hərbi texnika və raketlər isə ümumiyyətlə paradda iştirak etməyəcək.

“AzPolitika” xəbər verir ki, ötən gün Moskva üzərindəki Ukrayna PUA-ları səbəbindən Şeremetyovo hava limanı fəaliyyətini demək olar, dayandırıb. Aeroportda təyyarələrdən və insanlardan ibarət tıxac yaranıb.

Ötən gecə isə Ukrayna PUA-sı Moskvanın mərkəzinə - Kremlin cəmi 6 kilometrliyinə düşüb. Moskva meri Sergey Sobyanin bəyan edib ki, Moskvanın Mosfilmovskaya rayonunda yaşayış binasına dron zərbəsi endirilib. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.

Rusiya Telegram kanalları isə bildirir ki, mərkəzdəki bunanın 36-cı mərtəbədəki üç otağının divarları uçub. Sakinlər təxliyə edilib. Binanın fasadının bir hissəsi binanın önündəki avtomobillərin üzərinə düşüb. Qeyd olunur ki, dronlar şəhər üzərində son dərəcə aşağı hündürlükdə manevrlər ediblər. Bu onu göstərir ki, Rusiya HHM sistemləri paytaxtın mərkəzi küçələrini belə Ukrayna PUA-larından qorumaq iqtidarında deyillər.

Xatırladaq ki, Qırmızı Meydanda keçiriləcək növbəti parada cəmi beş gün qalır. Bu ərəfədə Ukrayna PUA-larının Moskva üzərində fəallaşması əlbəttə ki, təsadüfi deyil. Belə görünür ki, Vladimir Putinin Donald Trampa zəng edərək, 9 may paradı üçün Kiyevdən qısa müddətli atəşkəsə nail olmasını istəməsi gözlənilən effekti verməyib. Volodimir Zelenski hələ bir neçə gün əvvəl parad xatirinə qısa atəşkəsə getməyəcəyini, bütün cəbhələrdə daimi atəşkəs istədiklərini bəyan etmişdi.

Beləliklə, Moskva da daxil olmaqla, Rusiya şəhərlərinə PUA hücumları davam edir və bu, Putinin ölkə daxilində onsuz da olduqca ciddi şəkildə zədələnmiş reputasiyasını və reytinqini daha da çökdürür. 9 may paradının PUA hücumları altında, qorxa-qorxa keçirilməsi perspektivi isə bu mənzərəni Kreml üçün daha da kədərli vəziyyətə gətirir. Bu gedişlə, Kiyevlə razılaşma əldə edilməsə, Qırmızı Meydanda paradın ümumiyyətlə keçirilməsi ehtimalı getdikcə zəifləyir.

C.Məmmədli

“AzPoilitika.info”  

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
43
azpolitika.info

1Mənbələr