AZ

Prezident İrəvanda keçirilən sammitə videoəlaqə vasitəsilə qoşulacaq

Ajans.az xəbər verir ki, açılış sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Ukrayna Prezidenti Volodimir Zelenski və Kanadanın Baş naziri Mark Karninin çıxışları nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycan Prezidenti "Avropa Siyasi Birliyi"nin sammitlərində mütəmadi olaraq iştirak edir. Sonuncu dəfə İlham Əliyev Birliyin Tirana və Kopenhagendə keçirilmiş sammitlərinə qatılmışdı.

Xatırladaq ki, 2028-ci ildə "Avropa Siyasi Birliyi"nin sammiti Azərbaycanda keçiriləcək.

Seçilən
1
32
Ajans.az

8Mənbələr