AZ

Düşənbədə “Rəqs bizi birləşdirir” beynəlxalq rəqs festivalı keçirilib FOTO

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

29 aprel – 3 may tarixlərində Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində, ölkənin dövlət müstəqilliyinin 35 illiyinə həsr olunmuş “Rəqs bizi birləşdirir” beynəlxalq rəqs festivalı keçirilib.Demokrat.az-a bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.Festival çərçivəsində Tacikistan Respublikasının mədəniyyət naziri xanım Matlubaxon Sattoriyen iştirakçı ölkələrin rəsmi nümayəndələri ilə görüşərək mədəni əməkdaşlığın genişləndirilməsinin və xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.MDB ölkələrinin qatıldığı festival xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə, milli-mədəni irsin qorunmasına və inkişafına töhfə verib.Azərbaycanı təmsil edən Dövlət Rəqs Ansamblı zəngin milli rəqs irsimizi “Ağ çiçək” və “Zəngəzur yallısı (Ağbaba)” rəqsləri ilə yüksək peşəkarlıqla təqdim edib.Festival konsert proqramları ilə davam edib, yekunda iştirakçılara fəxri mükafatlar təqdim olunub.Demokrat.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
2
demokrat.az

3Mənbələr