AZ

ABŞ "Azadlıq Layihəsi" əməliyyatına başlayır

AzVision.az xəbər verir ki, Amerika prezidenti Donald Tramp bu barədə öz "Truth" hesabında yazıb.

Tramp müharibə səbəbilə Hörmüz boğazında ilişib qalmış gəmiləri çıxarmaq üçün 4 may tarixində "Azadlıq Layihəsi" əməliyyatı planlaşdırıldığını açıqlayıb.

O, bir çox ölkənin Hörmüz boğazında ilişib qalmış ticarət gəmiləri ilə bağlı narahatlıqlarını ifadə etdiyini qeyd edib.

"Nümayəndələrimə gəmilərin və heyətlərinin boğazdan təhlükəsiz şəkildə çıxarılmasını təmin etmək üçün hər cür səy göstərəcəyimizi bildirmələrini tapşırdım. Onlar, ərazi gəmiçilik və sair üçün təhlükəsiz olana qədər heç bir halda geri qayıtmayacaqlarını bildiriblər. "Azadlıq Layihəsi" kimi tanınan bu əməliyyat, Yaxın Şərq vaxtı ilə bazar ertəsi səhəri başlayacaq", - Tramp bildirib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumatında isə bildirilir ki, Amerikanın "Azadlıq Layihəsi"nə hərbi dəstəyi idarə olunan raket esminesi, 100-dən çox quru və dəniz təyyarəsi, müxtəlif pilotsuz platformalar və 15000 əsgəri əhatə edəcək".

M.Həsənli
Seçilən
56
7
azvision.az

10Mənbələr