“ABŞ Prezidenti Donald Tramp Amerika hərbçilərinin Almaniyadan çıxarılması barədə qərarı ilə rusiyalı həmkarı Vladimir Putinə mesaj göndərib”.
Publika.az xəbər verir ki, bu barədə alman politoloq Karlo Masala “Financial Times” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu, Kremlə ABŞ-ın Avropanın təhlükəsizlik qarantı olan mərkəzi rolundan geri çəkildiyi barədə siqnal verir. Politoloq qeyd edib ki, hər şey buna doğru gedirdi, lakin indi bu qərar real mahiyyət kəsb edib.
Aprelin 29-da ABŞ Pprezidenti Donald Tramp Almaniyada yerləşən Amerika kontingentinin azaldılmasına icazə verib. Daha sonra o, Almaniya Federativ Respublikasından beş min amerikalı əsgərin çıxarılması barədə göstəriş verib. Bu addım ABŞ-ın Avropadakı qüvvələrinin dislokasiyasının hərtərəfli təhlilindən sonra atılıb. Amerika mediası qoşunların çıxarılmasının altı aydan bir ilə qədər vaxt aparacağını bildirib.
“Politico” qəzetinin məlumatına görə, Pentaqon amerikalı əsgərlərin Almaniyadan çıxarılması qərarı qarşısında heyrətə gəlib.