AZ

ABŞ “Azadlıq Layihəsi” əməliyyatına 15 min əsgər göndərəcək

Bakı, 4 may, AZƏRTAC

Hərbi münaqişə səbəbindən Hörmüz boğazında ilişib qalmış gəmiləri müşayiət etmək məqsədilə həyata keçiriləcək “Azadlıq Layihəsi” əməliyyatında təxminən 15 min ABŞ hərbçisi iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

Komandanlığın açıqlamasında bildirilir: “ABŞ-nin “Azadlıq Layihəsi”nə hərbi dəstəyinə idarə olunan raket esminesləri, 100-dən çox quru və dəniz təyyarəsi, müxtəlif pilotsuz platformalar və 15 min hərbi qulluqçu daxil olacaq”.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl əməliyyatın Yaxın Şərq vaxtı ilə mayın 4-ü səhər başlayacağını açıqlamışdı. Onun sözlərinə görə, əməliyyatın məqsədi gəmilərin Hörmüz boğazından təhlükəsiz şəkildə çıxarılmasını təmin etməkdir.

Amerika lideri, həmçinin qeyd edib ki, “əgər bu humanitar prosesə hər hansı müdaxilə olarsa, təəssüf ki, həmin müdaxiləyə qarşı güc tətbiq ediləcək”.

Seçilən
70
2
azertag.az

3Mənbələr